DĪVĀN Milli Məhkəmə Simulyasiyası


 DĪVĀN Milli Məhkəmə Simulyasiyası gənc hüquqşünasların hüquqi savadlılığını artırmağı və qabaqcıl peşə bacarıqlarını inkişaf etdirməyi hədəfləyən, yerli məhkəmə qaydaları əsasında qurulan platformadır.

 Divan-ı Əhkəm-i Ədliyyə, XIX əsrlərdə Osmanlı İmperatorluğunun Ali Məclisi olmuşdur və bir sıra tarixi islam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanının, habelə bu orqanın rəhbərinin adıdır. Müasir Azərbaycan ərazisində ilk Məhkəmənin adının da “DĪVĀN” olması bu sözə xüsusi məna qatır.

 Müsabiqə 4 istiqamət üzrə həyata keçirilir:
 •  Mülki
 •  Cinayət
 •  İnzibati
 •  Kommersiya

 Hər bir şəxs müsabiqədə yanlız 1 istiqamət üzrə iştirak edə bilər.

 Müraciət fərdi qaydada aparılır. Qeydiyyatdan mərhələsindən uğurla keçmiş şəxslər müsahibə mərhələsinə dəvət edilir.

 Müsabiqədə yanlız 25 yaşına qədər olan, hüquqşünaslıq ixtisasında təhsil alan 2,3,4,5-ci kurs bakalavr və magistr tələbələri iştirak edə bilər.

Müsabiqədə iştirak üçün qəbul meyarları aşağıdakılardır:
 1. Təhsil pilləsi (bakalavr və ya magistr): 2-5 bal
 1.1. II kurs bakalavr təhsili - 2 bal
 1.2. III kurs bakalavr təhsili - 3 bal
 1.3. IV/V kurs bakalavr təhsili - 4 bal
 1.4. Magistr təhsili I/ll kurs - 5 bal
 2. Məhkəmə simulyasiyası təcrübəsi: 0 -3 bal
 3. Digər simulyasiya təcrübəsi: 0 - 1 bal
 4. Könüllülük təcrübəsi və ya praktiki təcrübə: 0 - 1 bal

 Komandaların tərtibatı aşağıdakı qaydada aparılır:

 İştirakçıların yuxarıda göstərilən meyarlar əsasında topladığı ballar bir cədvəldə qeyd olunur. Ballar əsasında iştirakçılar 2 qrupa bölünür :
 I qrup – Balları 2-dən 6-ya qədər olan iştirakçılar
 II qrup – Balları 7-dən 10-a qədər olan iştirakçılar

 Təsadüfi seçmə yolu ilə hər qrupdan 1 iştirakçı seçilərək 2 nəfərlik komandalar yaradılır. Formalaşdırılan komandaların iştirakçılarının ümumi ballarının cəmi 9 baldan az, 12 baldan çox ola bilməz.

 Qeyd: Bal sisteminin tətbiqi komandaların formalaşdırılması zamanı iştirakçıların təcrübə səviyyəsinə uyğun şəkildə qruplaşdırılması və sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir.

Qeydiyyat bitmişdir